Tanınmış türkiyəli müğənni Ajda Pekkan əməliyyat olunub.
İnfoteka.az xəbər verir ki, bu barədə onun meneceri Oğuz Arınmış “Instagram” hesabında məlumat verib.
“Xanım Ajda Pekkanın sübh vaxtı evində yıxılması nəticəsində omba sümüyündə çat yaranıb. Buna görə də əməliyyat olunub”, - deyə bildirən Arınmış, ifaçının noyabr ayına planlaşdırılan konsertinin təxirə düşdüyünü bildirib.