“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Siyəzənneft” Neft-qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində ildə 6 milyon 800 min kubmetr səmt qazı yığılaraq emal olunduqdan sonra yerli əhalinin istehlakına yönəldilir”.
İnfoteka.az xəbər verir ki, bunu SOCAR-ın insan resursları və təhlükəsizlik üzrə vitse-prezidenti Xalik Məmmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda yaşıl transformasiya” adlı konfransda panel müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunun hesabına 15 ətraf kənd üzrə 1 250 abonentin təbii qazla təchizatı təmin olunub.
X.Məmmədov bildirib ki, bütün bunlar SOCAR-ın korporativ sosial məsuliyyəti və ətraf mühitin qorunması prinsipləri əsasında icra edilib.