Infoteka.az
Dünya

Ukrayna Prezident Ofisi: “Donetsk və Luqanskı hərbi yolla azad edəcəyik”

“Donetsk və Luqanskı hərbi yolla azad edəcəyik”.

İnfoteka.az-ın report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

Onun sözlərinə görə, Ukrayna “referendumlar"a və Rusiya hərbi-siyasi rəhbərliyinin nüvə silahından istifadə ilə bağlı hədələrinə baxmayaraq, Rusiyanın müvəqqəti işğal etdiyi bütün əraziləri geri qaytarmaqda qərarlıdır.

Podolyak bildirib ki, Rusiya yaxın günlərdə Ukraynanın işğal etdiyi Donetsk, Xerson, Luqansk və Zaporojye vilayətlərinin ilhaqını elan etsə, döyüş meydanında heç nə dəyişməyəcək: "Biz ərazimizi hərbi yolla azad edəcəyik”.

Ukrayna rəsmisi vurğulayıb ki, ölkəsi üçün işğal olunmuş torpaqları azad etmək həyati əhəmiyyətlidir: “Əks halda Rusiya özünü Avropaya qarşı amansız müharibənin qalibi hesab edəcək”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 23-də başlayıb. Sentyabrın 23-27-də Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrində referendum keçirilib. Rusiya Prezidenti Vladimir Putinin sabah, sentyabrın 30-da parlamentdə çıxış edəcəyi və “səsvermə"nin nəticələrini elan edəcəyi gözlənilir.

Infoteka.az