Infoteka.az
Sosial

Bu il təbii və texnogen mənşəli hadisələrdə 56 nəfər ölüb, 262 nəfər xəsarət alıb

Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanda 14544 təbii və texnogen mənşəli hadisə baş verib.

İnfoteka.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur. Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilib, 1033 nəfər təxliyə olunub.

Infoteka.az