“Azərbaycanda kifayət qədər süni qiymət artımı var”.
İnfoteka.az "Oxu.az"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
“Biz nə qədər maaşları, pensiyaları artırsaq da, inflyasiyanın qarşısını ala bilməyəcəyik. Deyirik ki, orta əməkhaqqı artırılacaq. Hamı bu məvacibi ala bilmir”, - deyə o əlavə edib.
Millət vəkili qeyd edib ki, ayda 300-400 manat ilə dolanan ailələri nəzərə almaq lazımdır.
“Eyni zamanda dərman qiymətlərinə də nəzər yetirmək lazımdır. Digər ölkələrlə müqayisədə dərman qiymətləri çox yüksəkdir, bu süni qiymət artımının qarşısını almaq lazımdır. Mən dərmanları Türkiyədən alıram, bizimlə müqayisədə qiymətində səkkiz dəfə fərq var”, - deyə o əlavə edib.