Son illərdə aparılan statistika göstərir ki, xüsusən atmosfer havasının çirklənməsinin böyük hissəsi nəqliyyat vasitələrinin payına düşür.
İnfoteka.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Ekspert saatı"nda deyib.
O bildirib ki, bunun əsas səbəbi Azərbaycanda istismar olunan avtomobillərin çoxunun istismar müqddətinin 10 ildən daha artıq olmasıdır:
"Buna görə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə geniş təbliğ olunur".