Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan və Ermənistandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
İnfoteka.az xəbər verir ki, bu barədə Rusiya TŞ aparatının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Patruşevlə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında ikitərəfli görüş Moskvada, MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin 10-cu illik görüşü çərçivəsində baş tutub.
Tərəflər regionun təhlükəsizlik məsələlərinə, informasiya təhlükəsizliyinin qorunması və terrorçuluğa qarşı mübarizə sahələrində Rusiya-Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq istiqamətində gələcəkdə keçiriləcək tədbirlərə dair müzakirə aparıblar.