Ermənistan ordusunun 10 hərbçisi 44 günlük müharibə zamanı öz hərbi öhdəliklərini icra etməməkdə təqsirləndirilir.
İnfoteka.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi açıqlama yayıb.
Cinayət işinin materiallarına əsasən, 2020-ci il oktyabrın 18-də hərbi vəziyyət şəraitində hərbi hissələrdən birinin 2-ci atıcı batalyonu döyüş əməliyyatlarında iştirak üçün yola çıxıb.
Amma batalyonun bir sıra hərbçiləri, o cümlədən, batalyon komandiri və 9 zabit hərbi öhdəliklərini icra etməkdən boyun qaçıraraq daimi dislokasiya yerinə qayıdıblar.
Faktla bağlı toplanmış materiallar məhkəməyə verilməsi üçün prokurora göndərilib.