Bu ay Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli parlamentlərarası danışıqlar baş tuta bilər.
İnfoteka.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bundan əvvəl məlum olub ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlayıb.
Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib ki, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır.