Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
İnfoteka.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv G qrupunun VI turunda Almaniyanın "Frayburq" klubunu qəbul edib. Görüş 1:1 hesabıyla başa çatıb. Azərbaycan təmsilçisi qrupu 3-cü sırada bitirib və Konfrans Liqasına yollanıb.
Qrupun digər oyununda "Nant" "Olimpiakos"u məğlub edib - 2:0.
UEFA Avropa Liqası
G qrupu, VI tur
3 noyabr
"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) - 1:1
Qol: K.Ovusu, 90+1 - N.Petersen, 25 (penalti)
Qırmızı vərəq: Kevin Medina, 62 ("Qarabağ")
İdman