ABŞ, Almaniya, Britaniya və Fransa xarici işlər nazirləri görüşüb.
İnfoteka.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviterdə bildirib.
"Geniş spektrli mövzular üzrə gedən müzakirələrimizi və koordinasiyamızı davam etdirmək üçün görüşdük. Transatlantik əməkdaşlıq qlobal problemlərin həlli üçün açardır", o deyib.
Qeyd edək ki, görüş Almaniyada G7 ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.