“Bu gün, demək olar ki, hər kəs koronavirus pandemiyasının dünya ölkələrinin və ilk növbədə Çinin iqtisadiyyatını zəiflətmək üçün süni şəkildə təşkil edildiyi fikrini dəstəkləyir”.
İnfoteka.az xəbər verir ki, bu açıqlama ilə Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edib:
“Bir çox insanlar o zaman mənim nəyi nəzərdə tutduğumu başa düşmürdülər. Deyirdilər ki, guya mən belarusları məhv etmək istəyirəm. O zaman mən həmişə sual edirdim: Bu pandemiya (koronavirus - red.) ilə bağlı vəziyyət süni yaradılıb, yoxsa təbiidir? Artıq bu gün 90% bunun süni olduğunu deyir. Bəs o zaman bu nə üçün idi? Əlbəttə ki, bütün dünyanı və ilk növbədə Çini zəiflətmək, iqtisadiyyatı taqətdən salmaq, ölkələri məhv etmək. Və bundan istifadə edib kim varlanacaqdı? Təbii ki, pulu çap edənlər”.
Belarus lideri onu da əlavə edib ki, dünyada, xüsusən də Belarusda mövcud inflyasiya ABŞ-nin, qismən də Avropa İttifaqının yaratdığı inflyasiyadır.
Mənbə: Sputnik Belarus