Infoteka.az
Sosial

DİN-dən Göyçayda ərə verilən 14 yaşlı qızla bağlı AÇIQLAMA: “Mərasimin qarşısı alınıb”

Daxili İşlər Nazirliyi Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızla bağlı məlumat yayıb.

İnfoteka.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Ölkə.az-a bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb:

“Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunublar, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir”.

Infoteka.az