Samsung bəzən öz reklam videolarında "iPhone"-un bu və ya digər mənfi özəlliklərini lağa qoyaraq "Apple" şirkətini trolluyur. "Samsung"-un tez-tez "iPhone"-nun hansısa özəlliklərini kopyalamasına baxmayaraq bu cür reklam videoları artıq ənənə halını alıb. Öz yeni reklam videosunda isə "Samsung Galaxy" smartfonlarının kameralarına və qatlana bilən mexanizmlərinə diqqət ayırıb. Yeni reklam videosunun baş qəhrəmanı hasar üzərində oturub və həmin hasar "iPhone" istifadəçiləri ilə "Galaxy" istifadəçilərini ayırır.
"iPhone" istifadəçiləri hasar üzərində oturmuş şəxsi "Samsung" smartfonlarına keçid etməməyə çağırırlar. Baş qəhrəman isə öz növbəsində "iPhone" istifadəçilərinə "Galaxy" modellərinin yüksək keyfiyyətli kamerlarından və qatlana bilə gövdə mexanizmlərindən danışır. Buna cavab olaraq "iPhone" istifadəçiləri baş qəhrəmandan sözügedən özəlliklərin "iPhone"-larda reallaşdırılacağı zamanı gözləməsini xahiş edirlər. Yeni reklam videosunun “Time to get off the fence” şüarı istehlakçıların "iPhone"-dan istədikləri hər bir şeyin artıq "Galaxy" seriyasında mövcud olduğuna işarə edir və "iPhone" istifadəçilərinə innovasiyalı həllərin "Apple" məhsullarında reallaşdırılacağı zamanı gözləməməyi təklif edir.