Infoteka.az
Sosial

Nazir: “Məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik”

Təhsil sisteminin və siyasətinin mahiyyəti barədə cəmiyyətimizdə məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik.

İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə Yeni Çağırışlar" III Beynəlxalq Forumunda deyib.

O bildirib ki, ölçülə, dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır:

"Əks halda əhəmiyyətli olmayan fərdi fikirlərin müzakirəsindən başqa bir şeylər olmayacaq. Təhsil sistemimizin bu vaxta qədər qəbul etdiyi ən yaxşı qərarlarından biri beynəlxalq qiymətləndirmələrdə iştirakımızdır.

Bu ilk növbədə bizi qlobal təhsil cameəsinin üzvünə çevirir. Biz izolyasiya mühitində təhsilimizi inkişaf etmirik, inkişaf etmiş ölkələrin standartlarına söykənərən təhsilimizi irəli aparmağa çalışırıq.

3-4 ildən bir beynəlxalq reytinqləri görəcəyik. Hesab edirəm ki, o siyahının yuxarısında olmaq üçün hələ çox iş görməmişik".

Nazirin sözlərinə görə, təəssüf ki, beynəlxalq qiymətləndirmələrin nəticəsi olan hesabatlar Azərbaycan cəmiyyətində çox da müzakirə edilmir:

“Əgər mən təhsilimizi tənqid etmək istəsəm, beynəlxalq qiymətləndirmə meyarlarına baxardım. Orada bizi tənqid etmək üçün daha əsaslı arqumentlər var. Məsələn, PİSA beynəlxalq qiməyləndirməsi son bir neçə il ərzində təhsilin inkişafının əsas hədəflərindən biri kimi qəbul olunub. PİSA təkcə bizə rəqəm vermir. Onun altında kifayət qədər elm və dəlillər verir. Nəyin niyə görə belə olduğu barədə elmi izahlar təqdim olunur".

Infoteka.az