Infoteka.az
Siyasət

Parlamentdə ali məktəblərdə müəllimlərin maaşlarının artırılması təklif edilib

“İllər öncə bizim təhsilimizdə ən çox əziyyət çəkdiyimiz məsələ köçürmə ilə bağlı idi”.

İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, hətta xaricdə təhsil alanları köçürməkdə maraqlı olan bəzi universitetlər var idi: “Ona görə də öncəki illərdə kütləvi köçürmələr baş verirdi"

Ceyhun Məmmədov qeyd edib ki, bu gün təhsildə narahatlıq doğuran məsələlərdən biri də universitetlərdə maaşların fərqli olmasıdır: "Bu gün qiymət artımına da baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmalıyıq. Eyni zamanda təqaüdlərin artırılması da diqqət mərkəzində olmalıdır. Bu gün kişilər təhsil sahəsində fəaliyyət göstərmirlər. O baxımdan burada həm tələbələrin təqaüdünün artırılması, həm də müəllimlərin maaşının artırılması məsələsi müzakirə edilməldiir”.

Infoteka.az