"MTV" kanalında yayımlanan "Ümid ilə gəl" verilişində təsirli anlar yaşanıb.
İnfoteka.az baku.ws-a istinadən xəbər verir ki, əri tərəfindən zorakılığa məruz qalan Gülnar (şərti ad) studiyaya gələrək kömək istəyib. O, efirə 4 azyaşlı övladını da gətirib. Gülnar narkotik aludəçisi olan ərindən canını qurtarmaq üçün bacısıgildə qaldığını bildirib.
Qadın aldığı zərbələrdən bütün dişlərinin sındığını deyib.
Proqramın aparıcısı Tarix Əliyev (Tolik) qadının böyük övladına evdə yaşananlarla bağlı sual verib. Azyaşlı atasının anasına etdiyi zorakılıqla bağlı danışmaq istəyərkən göz yaşlarını saxlaya bilməyib. Onun ürəkağrıdan anları efirdəki ekspertləri və tamaşaçıları kövrəldib.
Həmin görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İstifadəçilər ailənin bu acınacaqlı hala düşməsinə görə narkotik aludəçisi atanı tənqid ediblər.
Ətraflı videoda: