Infoteka.az
Sosial

“Bu, rüşvətin başqa yoludur”

“İndi bir çox universitetlərdə imtahandan kəsilən tələbələr pul verərək məsələni həll edir. Bu isə dolayısı ilə rüşvətin başqa yoludur”.

İnfoteka.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

“Əvvəl pulu müəllim alırdısa, indi mərkəzləşdirilmiş şəkildə bir imtahanın qiyməti 150 manatdır. Əgər pulu verməsə, yenidən imtahan verməlidir. Nəzərə də almaq lazımdır ki, tələbə həm də yüksək məbləğdə təhsilhaqqı ödəyir. Ona görə də bu məsələlər həll olunmalıdır. Çünki bir tələbənin 5-6 kəsri olarsa, verəcəyi pul elə təhsilhaqqının yarısı edər”, - deyə S. Novruzov qeyd edib.

Infoteka.az