PSJ-nin futbolçusu Lionel Messinin nümayəndələri Kataloniyada “Barselona”nın rəsmiləri ilə görüşüb.
İnfoteka.az xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb. Görüş zamanı argentinalı hücumçunun Kataloniya klubuna mümkün qayıdışını müzakirə edilib.
Bildirilib, bu həftə Barselona restoranlarından birində reallaşan görüşdə iştirak edənlər arasında baş məşqçi Xavinin qardaşı Aleks Hernandes, PSJ-nin hücumçusunun qardaşı Rodriqo Messi və “Barselona”nın müqavilə və brend strateqi Fernando Solanas olub.
Qeyd edək ki, Kataloniya klubu rəhbərliyi bir neçə dəfə klubun Messini komandaya qaytarmağı hədəflədiyini açıqlayıb.
Xatırladaq ki, Messi ötən ilin yayında "Barselona"dan azad agent kimi ayrılıb və PSJ ilə müqavilə imzaıayıb.