Infoteka.az
Siyasət

Əli Əsədov: "Hökumətlərarası Komissiyada qarşıya qoyulan məsələlərin əksər hissəsini həll etmişik"

"Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyada qarşımızda qoyulan məsələlərin əksər hissəsini həll etmişik".

İnfoteka.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, amma bütün məsələlər həll olunmayıb: "Ancaq biz güclərimizi toplayaraq qarşıda qoyulan məsələləri təbii ki, yaxın zamanlarda həll edəcəyik".

Infoteka.az