Infoteka.az
Texnologiya

Apple - ardıcıl 10-cu dəfə dünyanın ən bahalı brendi

"Apple" "Interbrand" saytının ən bahalı brendlər reytinqində artıq ardıcıl 10-cu dəfə ilk pillədə qərarlaşıb. "Interbrand" saytı "Apple" brendinin qiymətini 482.2 milyard dollar dəyərində qiymətləndirib. Bu isə keçən ilki qiymətləndirmədən 18% daha yüksəkdir. Dünyanın ən bahalı brendləri reytinqinin ikinci yerini "Microsoft" (278.3 milyard dollar), üçüncü yerini isə "Amazon" (274.8 milyard dollar) tutub. Keçən il "Amazon" ikinci yeri, "Microsoft" isə üçüncü yeri tutmuşdu.

    "Interbrand" reytinqini tərtib edənlər qeyd ediblər ki, sözügedən reytinqin mövcud olduğu bütün müddət ərzində bu il brendlərin qiymətlərində yüksək şəkildə artım var. Belə ki, il ərzində ən bahalı brendlərin qiymətləri 16% yüksəlib və onların ümumi dəyəri 3.1 trilyon dollara çatıb. Bu ilki "Interbrand" reytinqinin ilk onluğuna həmçinin "Google" (251.75 milyard dollar), "Samsung" (87.7 milyard dollar), "Toyota" (59.76 milyard dollar), "Coca-Cola" (57.5 milyard dollar), "Mercedes-Benz" (56.1 milyard dollar), "Disney" (50.3 milyard dollar) və "Nike" (50.29 milyard dollar) daxil olublar.

Infoteka.az