Növbəti həftələr önəmli olacaq.
İnfoteka.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Ukraynalı lider bildirib ki, ölkəsi çoxlu sayda tank, zirehli maşınlar və artilleriya əldə etmək üzərində işləyir.
“Növbəti həftələr bu nöqteyi-nəzərdən çox vacib olacaq - biz Ukrayna üçün daha çox tank, daha çox zirehli maşın, daha çox artilleriya əldə etmək üçün tərəfdaşlarla çox sıx işləyirik”, - deyə Ukrayna lideri əlavə edib.