Infoteka.az
Hadisə

Pirşağı qəbiristanlığında İNTİHAR: Nəzarətçi özünü asdı

Bakıda intihar hadisəsi olub.

İnfoteka.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. 63 yaşlı Məmmədov Ağabala Meybula oğlu özünü qəsəbə ərazisindəki qəbiristanlıqda asıb.

Məlumata görə, A. Məmmədov həmin qəbiristanlıqda nəzarətçi işləyirmiş. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Infoteka.az