Tanzaniyada sərnişin təyyarəsinin ölkənin şimalında Bukoba şəhər aeroportu yaxınlığında Viktoriya gölünə düşməsi nəticəsində 19 nəfər ölüb.
İnfoteka.az “The Citizen” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Tanzaniya Baş naziri Kasim Macaliva bildirib.
Təyyarənin göyərtəsində 43 nəfər olub. Baş nazir ölənlər arasında sərnişinlər və heyət üzvləri olduğunu açıqlayıb.