Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 2022-ci ilin 4 noyabr tarixində Manama şəhərində Əlahəzrət Bəhreyn Kralı Hamad bin İsa Əl Xəlifənin himayəsi ilə “Şərq və Qərb Bəşəri Birgəyaşayış Uğrunda” başlığı altında “Bəhreyn Dialoq Forumu” çərcivəsində həmin ölkənin Ali İslam Məsələləri Şurası, Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.
QMİ-dən İnfoteka.az-a verilən məlumata görə, Manamanın “Qəsr əs-Səxir Kral sarayı”nda əsas iştirakçı qismində Müsəlman dünyasının təmsilçiləri - Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən - Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.