Infoteka.az
Siyasət

Bu gün Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Bu gün ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək.

İnfoteka.az xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Tvitter səhifəsində bildirib.

Qeyd edilib ki, Amerika tərəfinin təşəbbüsü ilə noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçiriləcək.

Infoteka.az