"Bavariya"nın idman direktoru Hasan Salihamidziç "Tottenhem"in futbolçusu Harri Keyni transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.
İnfoteka.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında danışıqlar apardıqlarını təsdiqləməsə də, inkar da etməyib:
“Keyn başqa klubun oyunçusudur. Ona görə də bu barədə danışmaq istəmirəm. Amma deyə bilərəm ki, Harri dünyanın ən yaxşı hücumçularından biridir”.
Xatırladaq ki, daha əvvəl 29 yaşlı ingiltərəli forvardı bu yay transfer etmək "Bavariya"nın əsas transfer hədəfi olduğu bildirilirdi. Məlumat var idi ki, Münhen klubu artıq futbolçunun ətrafı və ya özü ilə görüşlər keçirib.
Qeyd edək ki, Harri Keyn bu mövsüm Premyer Liqa və Çempionlar Liqasında 20 oyunda 12 qol vurub və 3 qolun ötürməsini verib.