Infoteka.az
Siyasət

“Rusiya Bakı və İrəvanı gərginliyi artırmaqdan çəkinməyə çağırır” - Peskov

“Moskva Bakı və İrəvanı gərginliyi artırmaqdan çəkinməyə çağırır”.

İnfoteka.az xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Dmitri Peskov deyib.

“Gerçəkdən də, Soçidə üçtərəfli görüşün nəticələri ilə bağlı qəbul edilən bəyanatda tərəflərin – Azərbaycan və Ermənistanın – niyyətlərinin sırf siyasi-diplomatik, sülh yolu ilə tənzimlənmə olduğu vurğulanıb. Ona görə də biz əvvəlkitək hər iki tərəfi gərginliyi artıra biləcək təhlükəli hərəkət və addımlardan çəkinməyə çağırırıq”, - deyə Kremlin nümayəndəsi yeni atışmalar barədə məlumatları şərh edərkən bildirib.

Mənbə: TASS

Infoteka.az