Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
İnfoteka.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub.
Ağdam təmsilçisi Belçikanın "Gent" klubu ilə qarşılaşacaq.
Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu evdə olacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika)
“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə)
“Latsio” (İtaliya) - “CFR Kluj” (Rumıniya)
“Budyo Qlimt” (Norveç) - “Lex” (Polşa)
“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya)
AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna)
“Şerif” (Moldova) - “Partizan” (Serbiya)
“Lüdoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika)