Infoteka.az
İdman

“Liverpul” satışa çıxarıldı

İngiltərənin “Liverpul” futbol klubu satılır.  

“Fenway Sports Group” (FSG) “Liverpul”u satışa çıxarıb. O, potensial alıcılar üçün təqdimatlar hazırlayıb.  

Həmçinin bir neçə təklif nəzərdən keçirilib, lakin razılaşma əldə edilməyib.

FSG klubun satışına dəstək məqsədilə “Qoldman Saxs” və “Morqan Stenli”nin məsləhətlərindən yararlanır.

Qeyd edək ki, FSG keçən il Yaxın Şərqdəki bir investorun üç milyard funt sterlinq dəyərində təklifini rədd etmişdi.

Mənbə: “The Athletic”

Infoteka.az