Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnfoteka.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 266 nəfərdir.
Ölkədə son sutka ərzində 2 375, hazırkı dövrədək isə 7 336 115 test aparılıb.