Infoteka.az
İdman

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Fransanın PSJ komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.

İnfoteka.az xəbər verir ki, klub argentinalı hücumçuya 1+1 illik sözləşmə təklif etməyi planlaşdırır.

35 yaşlı forvard Paris təmsilçisində qalmağa razılıq versə, onun illik məvacibi 30 milyon avro olacaq.

Daha əvvəl ulduz futbolçunun İspaniya "Barselona"sına qayıda biləcəyi ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında Kataloniya təmsilçisindən keçib. Onun Fransa çempionu ilə müqaviləsi gələn ilin iyununda başa çatacaq.

Infoteka.az