Kreml ABŞ Konqresinə seçkilərin nəticələri ilə bağlı məlumatları diqqətlə təhlil edir.
İnfoteka.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq: "Konqresə seçkilər buna təsir etməyəcək", deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov onu da bildirib ki, Strateji Hücum Silahlarının azaldılması ilə bağlı SNV-3 müqaviləsinin uzadılması ilə əlaqədar Rusiya Federasiyası ilə ABŞ arasında dialoqdan danışmaq hələ tezdir, bu cür təmasları əvvəlcədən elan etmək olmaz.