Amerikalı milyarder, “Tesla” və “SpaceX”in sahibi İlon Mask tviter sosial şəbəkəsində nəzarət səhm paketini əldə etdikdən sonra, noyabrın 4-dən 8-dək avtomobil şirkətindəki səhmlərinin təxminən 4 milyard dollarlıq hissəsini satıb.
İnfoteka.az xəbər verir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.
Son satış nəticəsində Maskın “Tesla”dakı payı 14,7%-dən 14,1%-ə düşüb.
Satışın “Twitter" ilə sövdələşməni maliyyələşdirmək üçün edildiyi bildirilib.
Qeyd edək ki, Mask sosial şəbəkəni 44 milyard dollara alıb.
Mənbə: lenta.ru