Infoteka.az
Siyasət

Korotçenko: Ermənistan üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirmir

“Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır”.

İnfoteka.az xəbər verir ki, Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko “Telegram” kanalında yazıb.

Korotçenko iki il əvvəl üçtərəfli bəyanatın, İkinci Qarabağ müharibəsində Ermənistanın de-fakto kapitulyasiya aktının imzalandığını, İrəvanın üzərinə bir sıra öhdəliklər götürdüyünü, lakin onların əksəriyyətinin Paşinyan hökuməti tərəfindən hələ də yerinə yetirilmədiyini xatırladıb: ”Bu gün vəziyyət necə görünür:

▪ Ermənistanın qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun nizami hərbi qulluqçuları Qarabağ ərazisində qalmaqda davam edir.

▪ Zəngəzur dəhlizi işə salınmayıb, üstəlik, bu yaxınlarda Soçidə keçirilən sammitdə Paşinyan bu öhdəliyi yerinə yetirməkdən ümumiyyətlə imtina edib.

▪ Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır.

▪ İşğaldan azad edilmiş ərazilərdə ermənilərin minalanmış sahələrinin xəritələri Azərbaycana təhvil verilməyib.

▪ Qarabağda erməni separatçı administrasiyasının qanunsuz fəaliyyəti davam edir. Üstəlik, qondarma “DQR”i canlandırmaq üçün beynəlxalq erməni diasporlarının himayədarı olan milyarder Ruben Vardanyanın fiquru oyuna salınıb.

▪ Ermənistan tərəfi mütəmadi olaraq silahlı təxribatlar və insidentlər təşkil edir, təmas xəttində Azərbaycan mövqelərini atəşə tutur, minalamaq və təxribat törətmək üçün Azərbaycan ərazisinə basqınlar edir.

▪ İrəvanın səyləri ilə regiona kənar oyunçular – Aİ (məşhur “müşahidə” missiyası), ATƏT, Fransa və ABŞ cəlb olunur, hansıların ki, məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır”,- deyə rusiyalı ekspert yazıb.

Infoteka.az