Infoteka.az
Dünya

Belçika Ukraynaya 5 milyon avroya yaxın yardım ayırıb

Belçika Beynəlxalq Valyuta Fondu (IMF) vasitəsilə Ukraynaya 4,96 milyon avro məbləğində maliyyə yardımı ayırıb.

İnfoteka.az xəbər verir ki, bu barədə IMF-in baş direktoru Kristalina Georgiyeva tviterdə yazıb.

Onun sözlərinə görə, bu vəsait IMF tərəfindən xüsusi yaradılmış və idarə olunan hesaba köçürülüb.

IMF rəhbəri Belçikanı əmin edib ki, bu hesabda yığılan vəsaitlər qrant və ya kreditlər şəklində Ukraynanın maliyyə sabitliyini dəstəkləməyə yönəldiləcək.

Infoteka.az