Infoteka.az
Siyasət

Gələn həftə 50-yə yaxın ölkənin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək

Gələn həftə 50-yə yaxın ölkənin müdafiə nazirləri Ukraynaya yardımı müzakirə edəcək.

İnfoteka.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

O deyib ki, Birləşmiş Ştatlar gələn həftə Ukraynaya hərbi yardımın göstərilməsini əlaqələndirən Qərb ölkələri tərəfindən yaradılan qrupun növbəti iclasını keçirmək niyyətindədir.

Ukraynaya hərbi yardım üzrə təmas qrupunun sayca yeddinci iclasında Ukraynanın suverenliyini qorumaq üçün vasitələrlə təmin edilməsi səyləri müzakirə ediləcək.

Infoteka.az