2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 13,7% təşkil edib.
İnfoteka.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 %, qeyri-ərzaq məhsulları üzrə 107,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.
Bildirilib ki, oktyabr ayında inflyasiya əvvəlki aya nisbətən 1,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 15,6 % təşkil edib.