Infoteka.az
İqtisadiyyat

Yeni ezamiyyə normaları hazırlanır

“Səfirliklərin fəaliyyəti və yeni səfirliklərin açılması ilə bağlı müvafiq qərarlar qəbul edilir və bu, büdcədə öz əksini tapır”.

İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, yeni səfirliklərin açılması məsələsinə aidiyyəti səviyyədə Prezident tərəfindən baxılır: “Bizim beynəlxalq fəaliyyətimizin artırılması ilə bağlı məsələ qaldırıldı. Ola bilsin səfirliklər açılmalıdır, amma bu məsələlərə toxunmaq istəmirəm. Ola bilsin bu fəaliyyətin artırılması üçün müəyyən xərclər artırılmalıdır. Ezamiyyə xərclərini təkmilləşdirilməsi üzərində isə iş gedir. Daxildə ezamiyyə normaları ilə bağlı məsələ qaldırılmalıdır. Hazırda ezamiyyə xərclərinin təkmilləşdirilməsi üzrə iş gedir. Əvvəlki ezamiyyə xərclərinin qəbul edilməsindən xeyli müddət vaxt keçib. İnflyasiya dünyada gedir. Ona görə onlara əlavə baxılmasına ehtiyac var. biz xaricdə olan ezamiyyə normalarına da baxırıq və onlardan bəhrələnirik. Bunun əsasında qərarlar qəbul edilən zaman ola bilsin xərclər də artırılsın”.

Infoteka.az