Infoteka.az
İqtisadiyyat

Samir Şərifov: “Müdafiə xərclərinin artırılması diqqət mərkəzindədir”

“Azərbaycanın dövlət büdcəsində müdafiə xərclərinin artırılması ölkə prezidentinin diqqət mərkəzindədir”.

İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Bu, strateji məsələdir. Hesab edirəm ki, dövlət başçısı bu məsələni hamıdan yaxşı bilir. Növbəti ildə müdafiə xərclərinin artırılmasına ehtiyac yaranarsa, prezident büdcəyə düzəliş edib müvafiq qanun layihəsini parlamentə göndərəcək” - nazir qeyd edib.

Infoteka.az