“Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari ilin 01 noyabr tarixinədək burada 178,2 milyard kubmetrə yaxın qaz hasil edilib.
Energetika Nazirliyindən İnfoteka.az-a verilən məlumata görə, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 124,3 milyard kubmetr həcmi ixraca nəql edilib.
Məlumata görə, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku istismara veriləndən cari ilin 01 noyabr tarixinədək burada 201,2 milyard kubmetr qaz hasil edilib.