Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnfoteka.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 636 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 504 nəfər müalicə olunaraq sağalıb, 9 959 nəfər vəfat edib, aktiv xəstə sayı 173 nəfərdir.
Ölkədə son sutka ərzində 2005, hazırkı dövrədək isə 7 341 262 test aparılıb.