"Qalatasaray"dan ayrıldıqdan sonra bir çox fərqli komandalardan təklif alan məşqçi Fatih Terim bir müddət dincəlməyə üstünlük verib və bu təklifləri geri çevirib.
İnfoteka.az "Kulis.az"-a xəbər verir ki, məşhur baş məşqçi İtaliya Konsulluğundakı Türkiyə-İtaliya görüşündə kitab yazdığını bildirib.
"TRT Spor"un spikeri Veli Yiğit mövzu ilə bağlı açıqlama verib: "Fatih Terim kitab yazır. Sənədli filmdə olmayan çox şey kitabda olacaq. Üstəlik, Terimin qazandığı kuboklar və daha bir çox şeyin saxlanılacağı yüksək səviyyəli bir muzeyin də yaxında açılışı olacaq." deyib.