Infoteka.az
Hadisə

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

İnfoteka.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Infoteka.az