Azərbaycanda sürücülük vəsiqəsindəki məlumatlar avtomatik elektron informasiya sisteminə ötürüləcək.
İnfoteka.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İcbari sığortalar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanuna edilmiş dəyişikliklə müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində və həmin nəqliyyat vasitələrinin sahiblərinin şəxsiyyətini təsdiq edən sənəddə əks olunan məlumatların informasiya sisteminə avtomatik qəbul edilməsi üçün həmin ehtiyatın informasiya sistemi ilə əlaqələndirilməsini təmin etməlidir.