Xersonun azad edilməsindən sonra Ukrayna hərbçiləri Rusiya ordusunun Krımdakı mövqelərinə HIMARS-lardan atəş aça biləcəklər.
İnfoteka.az APA-ya istinadla xəbərinə görə, bunu ABŞ-ın Avropadakı qoşunlarının komandanı, general Ben Hoces bildirib.
Generalın fikrincə Xersonun azad edilməsi Rusiya ordusunun mövqelərini zəiflədəcək və Krımın azad edilməsinə zəmin hazırlayacaq.
“HIMARS tezliklə Xersondan atacaq. Krım təpəlikləri onun atış məsafəsindədir. Bu da Rusiyanın müdafiəsini zəiflədəcək, eyni zamanda “sol qanad” əks-hücumla yanvarda Mariupol və melitopolu azad edəcək. ardınca kampaniyanın həlledici mərhələsi – Krımın azad edilməsi başlayacaq” – deyə general proqnoz verib.