Infoteka.az
Dünya

Belarus səfiri Ermənistan XİN-ə çağırılıb

Belarusun İrəvandakı səfiri Aleksandr Konyuk Ermənistan Xarici İşlər Nazirliyinə dəvət olunub.

İnfoteka.az xəbər verir ki, məlumatı “Armenpress” yayıb.

Bildirilib ki, nazirlikdə səfirin diqqətinə Belarusun xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri ilə bağlı açıqlamasından narahat olduqları çatdırılıb.

Qeyd edək ki, V.Makey belə səfərlərin regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyini bildirmişdi.

Infoteka.az