“Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacq. Hesab edirik ki, növbəti ildə ölkədə bütün əmək müqavilələrinin məcburi olaraq elektron imzalanması təmin ediləcək”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bununla da artıq əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq.
“Ölkə üzrə kadr kərgüzarlığı və inzibatçılığı, eləcə də paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzərindən idarə olunacaq. Hətta işəgötürənlər üçün rahatlığın təmin edilməsi hər hansı səhvlərə, inzibati xətalara yol verilməməsi üçün Əmək Məcəlləsinin əksər şərtləri də orada elektronlaşdırılır”.