Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
İnfoteka.az xəbər verir ki, turun son matçında "Sabah" "Qarabağ"ı qəbul edib. "Bank Respublika Arena"da oynnaılan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Cari mövsüm ölkə çempionatında ilk dəfə xal itirən "Qarabağ" hazırda turnir cədvəlinə başçılıq edir. Ağdam klubunun aktivində 40 xalı var. Liderdən 5 xal geri qalan paytaxt təmsilçisi ilə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Sumqayıt"a 4:2, "Zirə" "Səbail"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib, "Kəpəz" isə evdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.