Infoteka.az
Sosial

Nəsimi rayonunun küçələrində monitorinq keçirilib

Nəsimi rayonunun küçələrində monitorinq keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat xidmətindən İnfoteka.az-a bildirilib ki, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə imzalanmış “Əməkdaşlıq Memorandumu” çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Nəsimi rayonunda davam etdirilib.

Rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları reydlər keçirib.

Küçə və prospektlərdə, park və məhəllələrdə aparılan monitorinqlərin nəticələri əsasında yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.

Növbəti mərhələdə təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.

Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib, ağaclar budanıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri qurulub və digər zəruri abadlaşdırma işləri görülüb.

Infoteka.az